Çerçesov: “Həmkarım Qurban Qurbanovu səmimi qəlbdən təbrik etdim…”

11.08.2022 16:50 452
Çempionlar Liqası
“Qarabağ”ın “Ferentsvaroş”u amansızcasına Çempionlar Liqasından uzaqlaşdırılması Rusiya və Avropa mediasının diqqət mərkəzindədi.
Football-plus.az xəbər verir ki, Macarıstan çempionunun rusiyalı baş məşqçisi Stanislav Çerçesov ölkəsinin “Sport-Ekspress” qəzetinə də bu oyunla bağlı izahat verməli olub: “Çərşənbə axşaml final fitindən sonra həmkarım Qurban Qurbanovu səmimi qəlbdən təbrik etdim. Təəssüf ki, biz vəzifəmizin öhfəsindən gəlmədik, “Qarabağ” isə Budapeştdə haqq etdiyi qələbəni qazandı. Uduzmaq heç vaxt xoş deyil, ancaq həyat davam edir, güclü olmaq üçün dərs çıxarmalıyıq. Həftəsonu “Ferentsvaroş”u Macarıstan çempionatının oyunu gözləyir. Ardından Avrola Liqasının 4-cü seçmə mərhələsinin oyununda İrlandiya klubunu qəbul edəcəyik. Əlbəttə, qrupa düşməyi arzulayırıq. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm və onları növbəti oyunlarda sevindirməyə çalışacağıq. Mövsüm yenicə başlayıb, irəlidə çoxlu oyun var, odu ki, bizdən heç kim büdrəmək haqda düşünmür. Sözsüz, qələbə daha yaxşıdı, ancaq uduzmağı da bacarmaq lazımdı. Vəzifəmiz səhvləri sakitcə araşdırmaq, doğru nəticələr çıxarmaq və irəli hərəkət etməkdi”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul