"Sabah" "Olimpiakos"la heç-heçə etdi

19.07.2023 16:09 290
Ölkə futbolu
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Bakı təmsilçisi Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun heyətində Davit Volkov 42-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Al-Sadd” (3:1), ikinci matçda isə Almaniyanın “Sankt-Pauli” (1:4) klubu ilə qarşılaşıb.