Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın yoxlama oyunundakı sonuncu rəqibi bəlli olub
"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq. İyulun 19-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.
Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Al-Sadd” (3:1), ikinci matçda isə Almaniyanın “Sankt-Pauli” (1:4) klubuyla qarşılaşıb.