Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Sabah” hazırlıq prosesinin ikinci mərhələsi çərçivəsində Avstriyaya yola düşüb.
"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışı Tirol bölgəsinin Fulpmes qəsəbəsində olacaq. Murad Musayevin futbolçuları dünən axşam saatlarında ilk məşqinə çıxıb. Məşq zamanı futbolçular məşqçilərin tapşırığı əsasında topla və topsuz müxtəlif təmrinləri yerinə yetiriblər.
Qeyd edək ki, “Sabah”ın Avstriya toplanışı iyulun 20-dək davam edəcək. Komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.