"Spartak" "Neftçi"ni məğlub etdi - YENİLƏNİB

18.07.2023 22:59 448
Ölkə futbolu / Manşet
"Neftçi" Rusiyada təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda Moskva "Spartak"ı ilə qarşılaşıb. "Otkrıtiye Bank Arena"da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayıb.

Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığı paytaxtda davam etdirəcək.

Xatırladaq ki, "Neftçi" Sankt-Peterburqda iştirak etdiyi “PARI Premyer” kuboku çərçivəsində "Fənərbaxça"ya 0:1, "Srvena Zvezda"ya 0:4, "Zenit"ə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab görüşü isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

21.00. "Spartak" - "Neftçi" 2:0
Pavel Melyoşin, 34. Kvinsi Promes, 37.