• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahin Diniyev: “Minimum hədəf ilk “6-lığ”a düşməkdi” - MÜSAHİBƏ

Aktual / Müsahibə

19-07-2023, 14:0

Ötən mövsümün ikinci yarısında "Səbail"in "sükanı arxasına” gətirilən Şahin Diniyevdən gözləntilər böyük idi.

Onun karyerası boyunca "Qarabağ", "Kəpəz", "Rəvan" kimi güclü klubların, ən əsası yığmamızın baş məşqçisi olması azarkeşlərin könlündə ümid çırağı yandırmışdı. Çoxları Mahmud Qurbanovu əvəzləyən mütəxəssisin "dənizçilər"i turnir cədvəlində yüksək pillələrə daşıyacağını düşünürdü. Lakin nəticələr arzuları puç etdi. Yeni baş məşqçinin "gəmi"si böyük çətinliklə limana çatdı. Bayıl təmsilçisi mayın 27-də "Şamaxı" ilə keçirilən "ölüm-qalım" savaşında yeganə qolla fırtınadan xilas oldu. Yoxsa yerli futbolçulardan ibarət komanda ilə meydana çıxan şamaxılılar büdcə problemi olmayan, bahalı legionerlərlə "döyüşən" bakılıları 1-ci liqaya göndərəcəkdi. Üstəlik "Səbail" buna qədər yarımfinalda "Qəbələ"yə məğlub olaraq ölkə kuboku ilə də vidalaşmışdı.

18 gün sonra ölkə çempionatına start veriləcək. Azarkeşləri həyəcanlı, rəqabətli və gərgin mübarizəyə səhnə olacaq mövsüm gözləyir. "Səbail"in 2023/24 "futbol ili" üçün ayrılan hazırlıq dönəmindən maksimum istifadə edən komandalardan olduğunu iddia etsək, yanılmarıq. Şahin Diniyev heyətlə bağlı planlarını yay fasiləsi başlar-başlamaz reallaşdırmağa başladı. Çalışdırıcı ilk mərhələdə "təmizlik" işlərini yekunlaşdırdısa, daha sonra yerlilər və legionerlər ilə bağlı transferlərə keçid etdi. Göndərilənlərin yeri ardıcıl transferlərlə dolduruldu. İkinci mərhələdə təlim-məşq toplanışları var. "Dənizçilər" bu çərçivədə keçirilən yoxlama görüşlərində hələ ki məğlub olmayıb. İlk oyunda "Kəpəz"ə qalib gələn (2:1) komanda ikinci qarşılaşmada Türkiyənin 1-ci liqa təmsilçisi "Ərzurumspor"u yenib - 4:3.

Bayıl təmsilçisinin növbəti mövsüm üçün hazırlığı dinamik davam edir. Komandanın son durumu, nəzərdə tutulan planlar, növbəti “futbol ili”ndən gözləntilər maraq mövzusudu.

"Football-plus.az" xəbər verir ki, Şahin Diniyevlə qeyd olunanlar və başqa detallar ətrafında söhbət etdik.

- “Səbail” yay fasiləsində komandanı xeyli gücləndirdi. Ölkə çempionatının başlamasına az qalıb. Heyətin komplektləşdirilməsi prosesinin sona çatdığını deyə bilərik?
- Xeyr. Hələ başqa transferlərin reallaşdırılması üzərində çalışırıq. Ürəyimcə komanda qurmaq istəyirəm. Düzdü, 2-3 gün öncə “Futbol+”ə açıqlamamda braziliyalı futbolçu Luan Leyta da Silva ilə müqavilə bağlayacağımızı demişdim. Amma alınmadı. Oyunçu düşərgəyə zədəli gəlmişdi. Tibbi müayinədən sonra bəlli oldu ki, məşqlərə başlaya bilməsi üçün təxminən 1 ay vaxt lazımdı. Bu üzdən onu geri göndərdik. Hazırda 1 yerli və 2 əcnəbi futbolçuya ehtiyacımız var. Əsasən müdafiəçi axtarışındayıq. Bununla yanaşı, orta xətdəki çatışmazlığın da aradan qaldırılması vacibdi.

- “Dənizçilər” ötən mövsüm az qala premyer-liqa ilə vidalaşacaqdı. Çempionatın son matçları çox gərgin keçdi. Futbolçular turnir cədvəlindəki vəziyyətə görə psixoloji cəhətdən çox sarsılmışdı. Növbəti “futbol ili”ndə “Səbail”i nə gözləyir?
- Haqlısan. Son 5 ay çox ağır keçdi. Həm rəhbərlik, həm mən və digər məşqçilər, həm də oyunçular çətin günlər yaşadı. Şükür Allaha, premyer-liqada qalmağı bacardıq. Bu dəfə o hissləri yaşamamaq üçün əlimizdən gələni edəcəyik. Minimum hədəf ilk “6-lığ”a düşməkdi. Daha sonra yuxarı pillələr uğrunda mübarizəyə başlayacağıq.

- “Ərzurumspor”la yoldaşlıq görüşü haqda fikirlərinizlə tanışıq. Komandanın son durumunu daha yaxşı təsvir edə bilmək üçün başqa nə deyə bilərsiz?
- Futbolçularımın oyunundan razı qaldım. Düzünü desəm, oyuna hazırlaşmamışdıq. Matçın dinamik və baxımlı keçəcəyini gözləmirdim. 8 oyunçu ilk dəfə bir yerdə oynayırdı. Buna baxmayaraq, çox tez uyğunlaşdılar. Üstəlik texniki-taktiki məşqlərə hələ başlamamışıq. Öncəliyim komandanı fiziki cəhətdən ağır yüklənməyə öyrəşdirməkdi. Sağ olsunlar, tapşırıqları maksimum yerinə yetirirlər. Doğrudu, ilk matçda qələbə qazanmaq sevindirici haldı. Amma məqsədim qələbə yox, komandanı təhlil etmək, çatışmazlıqları öyrənib məşqlərdə həmin detalların üzərində daha çox çalışdırmaqdı.

- Ötən mövsüm “Səbail” legionerlərdən, demək olar ki, xeyir görmədi. Oyunlarda əksəriyyətinin uğursuz seçim olduğu üzə çıxdı. Az öncə dediklərinizdən belə anlaşılır ki, bu dəfə əcnəbilər haqda müsbət düşünmək olar.
- Ümidliyəm. Amma əminliklə məni məmnun edəcəklərini deməzdim. Yeni legionerləri cəmi bir matçda yoxlamışam. İlk oyunda zəif oynasalar da, uğursuz olacaqlarını düşünməyəcəkdim. Həmçinin məni qane etdilər deyə, gələcəklə bağlı yaxşı düşünmək də olmur. Çünki futbolda hər an hər şey baş verə bilər. Onlar haqda danışmaq üçün hələ tezdi. Bu sualın cavabını bizə zaman verəcək. Qısası, komandama güvənirəm. Ümid edirəm ki, məni yanıltmayacaqlar.

- Legionerlərdən danışdıq. Bəs yerli futbolçular barədə nə deyə bilərsiz?
- “Səbail”də əsas heyətdə güvənə biləcəyim azı 6-7 yerli futbolçu var. Onlar təcrübəli legionerlərlə oyunlarda kölgədə qalmırlar. Komanda yoldaşları ilə bir-birini tamamlayırlarsa, rəqiblərlə mübarizədə də geri çəkilmirlər.

- Əldə etdiyimiz məlumata görə, “Neftçi”dən ayrılan Voislav Stankoviçə təklif göndərmisiz, lakin qəbul etməyib. Nədə razılaşmadız?
- Stankoviç məsələsi mənlik deyil. Klub menecerləri onu heyətə qatmaq istəyirdi. Alınmadı. Səbəbini bilmirəm.

- Hələ ki son transferiniz Aleksandr Ramalinqomdu. Onun transfer xəbəri elan ediləndən sonra meneceri Kamran Şahverdiyev bəzi iddialar səsləndirdi. Futbolçunu “Səbail”ə özünün təklif etdiyini, daha sonra klubun başqa menecerlər vasitəsilə Ramalinqomu transfer etdiyini dedi. Bu haqda nə söyləyə bilərsiz?
- Kamranın “Səbail”lə bağlı dediklərindən xəbərim var. Dostlar məsələ haqda mənə məlumat vermişdi. Onu deyə bilərəm ki, mən heç bir futbol menecerini tanımıram və maraqlanmıram. Kamranın da mənimlə problemi yoxdu, ola da bilməz. Özü də sosial şəbəkə hesabında iddialarla bağlı məni nəzərdə tutmadığını yazmışdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

1-05-2023, 13:0

“Dənizçilər”in limana sağ çıxacağına ümid azdı - TƏHLİL

Premyer-liqa / Manşet

21-04-2023, 17:0

Şahin Diniyev qərarla razı deyil - AÇIQLAMA

Premyer-liqa

3-03-2023, 15:0

Şahin Diniyev Mirabdullanı meydana buraxmağa məcbur olub - AÇIQLAMA

Premyer-liqa / Reportaj

24-05-2023, 18:0

“Sumqayıt” rəsmiləşdirdi, iki suala aydınlıq gəlmədi – TURUN ŞƏRHİ – TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

11-06-2023, 15:0

Şahin Diniyev onu da yola salır: “Səbail”in yeni icraçı direktoru bu şəxs olacaq - ÖZƏL

Aktual / Ölkə futbolu

10-06-2023, 21:0

Şahin Diniyev onun da üstündən "xətt çəkdi" - AÇIQLAMA

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 231
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə