Şahin Diniyev qərarla razı deyil - AÇIQLAMA

21.04.2023 17:11 543
Premyer-liqa / Manşet
Son turun "Zirə" - "Səbail" oyununda qonaqlar fasilədən sonra meydana gec çıxdıqları üçün İntizam Komitəsi tərəfindın 2400 manat cərimə olunub.

"Football-plus.az" saytı olaraq bunun səbəbini "dənizçilər"in baş məşqçisi Şahin Diniyevdən soruşduq. Onun cavabı qısa oldu:

"Gecikdiyimizi düşünmürəm. Hakimin fitini nə zaman eşitdiksə, o vaxt da meydana çıxdıq".


ABDULLA İSMAYILOĞLU