“Səbail” iyulun 20-də Tiflisə gedəcək

8.07.2022 11:39 372
Premyer-liqa
Yeni mövsümə hazırlaşan “Səbail” təlim-məşq toplanışını Gürcüstanda davam etdirəcək.

“Transfer bazarı”nda da fəallıq nümayiş etdirən komanda indiyə kimi 5 legioner, 6 yerli futbolçunun keçidini reallaşdırıb. Bundan əlavə, kapitan Rahid Əmirquliyevlə müqavilə müddəti də uzadılıb. Hazırlıq çərçivəsində keçiriləcək yoldaşlıq görüşləri də artıq məlumdu. Belə ki, Mahmud Qurbanovun komandası Gürcüstan səfərindən öncə iki yoldaşlıq matçı keçirəcək. İlk görüş premyer-liqaya yeni qatılan “Kəpəz”lə iyulun 10-da baş tutacaq. İkinci qarşılaşma isə ayın 14-də “Sabah”la olacaq.

Klub artıq Gürcüstana səfərin tarixini də dəqiqləşdirib. Hava yolu ilə səfər iyulun 20-nə planlaşdırılıb. Tiflisdə baş tutacaq toplanış 10 gün davam edəcək. “Səbail” bu müddətdə 3 yoxlama görüşü də keçirəcək. Lakin hələ ki rəqiblərin adı məlum deyil.

ŞAİR ABDULLA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul