"Səbail"də gözlənilən görüş baş tutmayıb - AÇIQLAMA

30.06.2023 17:08 592
Ölkə futbolu / Manşet
"Səbail"in 2023/24 mövsümü üçün heyətin komplektləşdirilməsi istiqamətində çalışmaları sona çatmaq üzrədi"

Bu sözləri "Football-plus.az"a açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

Onun sözlərinə görə komandanın formalaşdırılması istiqamətində qurulan plan sonuncu mərhələdədi:

"Yerli futbolçuların heyətə cəlb edilməsi prosesi artıq yekunlaşıb. İyulun 3-dən sonra legionlerin transferi ilə bağlı mərhələnin nəticələri açıqlanmağa başlayacaq".


Mütəxəssis futbolçu karyerasını bitirən Rahid Əmirquliyevlə klubda başqa işdə çalışması üçün danışıqların davam etdiyini bildirib:

"Rahidin rəhbərliklə görüşü hələ baş tutmayıb. Hansı yolu seçəcəyini bilmirik. Qəti qərarını açıqladıqdan sonra ictimaiyyətə məlumat verəcəyik".

Qeyd edək ki, "dənizçilər"in yay hazırlıq planı da bəllidi. Komanda məşqləri iyulun 1-dən 8-dək Bakıda keçirəcək. 7-də "Kəpəz"lə yoldaşlıq oyunu nəzərdə tutulub. İyulun 9-da Türkiyəyə yollanacaq paytaxt təmsilçisi 19-da "Alanyaspor"la qarşılaşacaqsa, 16 və 22-də üzləşəcəyi rəqiblər hələ bəlli deyil.

KƏNAN BAHADIR