• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Turan Tovuz”un futbolçusunu Türkiyədə aldadıblar

Premyer-liqa / Manşet

17-07-2023, 22:0

Budaq Nəsirov uzun zamandan sonra “Turan Tovuz”la 3 illik müqavilə bağlayaraq böyük futbola qayıtdı.

Futbolçunun mövzu ilə bağlı təəssüratı və məqsədləri haqda ötən saylarımızdan birində məlumat vermişdik. O, qəzetimizə açıqlamasında özünü xoşbəxt hiss etdiyini və hədəflərinin böyük olduğunu demişdi.

İyulun 12-də “Turan Tovuz”la “Araz Naxçıvan” Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydanında yoxlama görüşü keçirdi (5:1). Son dəfə Lissabon “Sportinq”ində oynamış Budaq Nəsirov yeni komandasının heyətində meydana çıxdı. Baş məşqçi Ayxan Abbasov mərkəz yarımmüdafiəçisinə matçın ikinci hissəsində şans verdi. Amma futbolçu 10 dəqiqə sonra baxışda olan komanda yoldaşı, afrikalı Bosco ilə toqquşaraq yerdə qaldı. Dərhal müdaxilə edən həkimlər 5 dəqiqə sonra Budağın başını sarıyaraq meydandan çıxardılar. Onu əvəzedici komandanın üzvü Altayturan Bektaşoğlu əvəz etdi.
“Turan Tovuz” növbəti mövsümün hazırlıq planları çərçivəsində təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə yollanıb. Əldə etdiyimiz məlumata görə, Budaq Nəsirov komandaya qoşula bilməyib. Görəsən, futbolçunun durumu qısa müddətdə düzəlməyəcək qədər ciddidi? Bu sualı futbolçuya ünvanladıq. O, sağlamlıq durumunu bizlə paylaşdı:

“Tovuzdayam. Zədəmin 3-4 gün ərzində tam sağalacağını düşünürəm. O qədər də ciddi deyil. Deməli, sol gözüm şişib. Bu üzdən görmə qabiliyyətim məhdudlaşıb. Sağ olsunlar, həkimlər vaxtında müdaxilə etdilər. Bəlkə daha pis hadisə baş verə bilərdi. Çünki toqquşmadan sonra heç nəyin fərqində deyildim. Hətta təkidlə istəyirdim ki, oyuna davam edim. Tibb işçiləri qanaxma olduğunu dedi. Sinirlərim uyuşduğuna görə heç bir ağrı hiss etmirdim. Bir müddət sonra özümü həqiqətən pis hiss etməyə başladım. Şükür Allaha, indi yaxşıyam. Sadəcə, zaman lazımdı ki, çapıqlar tam birləşsin və ağrılar bitsin. Hazırda istirahət edirəm. Həkimlərdən ev şəraitində məşq edə bilib-bilməyəcəyimi soruşdum. İcazə vermədilər. Çünki çox hərəkət etmək yenidən qanaxmaya səbəb ola bilər. Müalicəm davam edir. Böyüdüləcək bir şey yoxdu”.


Futbolçu 3-4 gün sonra oynaya biləcəksə, Türkiyə toplanışına aparılmamasının səbəbi maraqlıdı. “Turan Tovuz”u qardaş ölkədə növbəti mövsümə hazırlıq baxımından vacib matçlar gözləyir. Belə olan halda Ayxan Abbasov Budaq Nəsirovun xidmətində maraqlı olmalıydı. Görəsən, buna nə mane olub? Futbolçu çoxlarının agah olmadığı detallardan söz açdı:
“Mən 6 ay öncə Türkiyədən ikiilliyə deportasiya edilmişəm. Bu üzdən komanda ilə səfərə gedə bilmədim. Deməli, 2 il öncə Türkiyədə bir oteldə məskunlaşmışdım. Bilirsiz ki, orda 3 ay əlavə sənəd lazım olmadan qalmaq mümkündü. Həmin vaxt bitəndən sonra oturum izni almalısan. Oteldə çalışan azərbaycanlı türk dostunun bu işdə mənə kömək edə biləcəyini dedi. Mən də lazım olan vəsaiti ödədim. Bir neçə gün sonra Türkiyədə qalmağa davam edə biləcəyimi dedilər və bunu təsdiq edən sənədi verdilər. 1 il 4 ay orda yaşadım. Azərbaycana qayıtmaq vaxtı çatanda hava limanına yollandım. Orda sənədlərim yoxlanmalı və ölkədən çıxdığım təsdiqlənməli idi. Polislər yoxlayarkən bəlli oldu ki, mənə verilən kağızlar dövlət portalında rəsmiləşməyib. Bundan sonra məni Türkiyədən çıxardılar və 2 il müddətinə girişimə qadağa qoydular. Klub qərarın ləğvi üçün səfirliyə müraciət edib. Hazırda qurumun qərarını gözləyirik. Qadağa götürülməsə, “Turan Tovuz”un əvəzedici komandası ilə birlikdə məşqlərə başlayacam. Məqsədimizə nail olsaq, Türkiyə toplanışının son bir günü qalsa belə, heyətə qoşulacam. Çünki son gündə də yoxlama görüşü var. Heç olmasa, həmin matçda iştirak etmək istəyirəm”.


Yarımmüdafiəçidən onun üçün düşərli olmayan “Turan Tovuz” – “Araz Naxçıvan” görüşü haqda fikirlərini də soruşduq:
“Yeni komandamda hər şeyin qaydasında olduğunu demişdim. Oyundan sonra da həmin fikirdəyəm. Amma demək olar ki, premyer-liqa təcrübəsi olmayan, heyəti formalaşdırma prosesini tamamlamayan komandaya qalib gəlmək o qədər də çətin deyil. Əsas gücümüz Türkiyə klubları ilə yoxlama görüşündə bilinməlidi. Daha sonra premyer-liqada əldə etmək istədiyimiz nəticələrə köklənməliyik. “Turan Tovuz”u gələn il bu ərəfələrdə avrokubok oyunlarında görmək istəyirik. Bu bütün tovuzluların arzusudu”.


Budağın problemi haqda “Turan Tovuz”a da müraciət etdik. Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev mövzu ilə bağlı aidiyyatı qurumlara müraciət edildiyini təsdiqlədi. Tezliklə problemin aradan qaldırılması təmin olunacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual

5-05-2023, 12:0

Budaq Nəsirov futbola qayıdır - AÇIQLAMA

Ölkə futbolu / Manşet

13-07-2023, 15:0

“Turan Tovuz”un futbolçusunun Türkiyəyə girişinə qadağa qoyulub - ÖZƏL

Ölkə futbolu

12-07-2023, 22:0

"Turan Tovuz" "Araz Naxçıvan"ı məğlub etdi

Aktual / Ölkə futbolu

11-07-2023, 17:0

Budaq Nəsirovu xoşbəxt edən nədi? - ÖZÜ AÇIQLADI

Ölkə futbolu

9-07-2023, 19:0

"Turan Tovuz" "Araz Naxçıvan"la qarşılaşacaq

Ölkə futbolu

10-07-2023, 18:0

"Turan Tovuz"dan növbəti transfer

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Bu gün, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Bu gün, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Bu gün, 17:06
    Fransaya qayıtmayacaq
  • Bu gün, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Bu gün, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Bu gün, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Bu gün, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 235
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə