"Football-plus.az" xəbər verir ki, ABŞ millisinin yarımmüdafiəçisi yeni klubunda tibbi müayinədən problemsiz keçərək rəsmən “Milan”ın oyunçusu olub. Son mövsümdə “Çelsi”nin heyətində bütün turnirlərdə 30 oyuna çıxan, 1 qol vuran və 2 məhsuldar ötürmə verən Pulişiçin London klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər idi. “Transfermarkt” portalında real dəyəri 25 milyon avro göstərilən Kristianın italiyalılara hansı məbləğə başa gəldiyi haqda rəsmi məlumat verilmir. Amma onun yeni klubu ilə imzaladığı müqavilənin “4+1 il” sxemi üzrə rəsmiləşdiyi dəqiqdi.
“Çelsi”də 2019-ci ildən çıxış edən amerikalı futbolçu “Milan”ın rəsmi saytına qısa açıqlamasında belə deyib:
“İş yerimi dəyişməyimin səbəblərindən biri Çempionlar Liqasında oynamaq istəyimdi. “Milan” ötən mövsüm bu turnirin yarımfinalında oynayıb. Bu komandaya ÇL-in qalibi olmaqda kömək etmək istəyirəm. “Çelsi”də qazandığım təcrübənin mənə faydalı olacağını düşünürəm”.




