“Football-plus.az” xəbər verir ki, Makron indi də ölkəsinin “Formula-1” üzrə dünya çempionatının təqviminə qayıtmaq cəhdini dəstəkləyir. Nitsa meri Kristina Estrozi bu məsələyə dəstək verməsi xahişi ilə Makrona üz tutub. Prezidentin cavabı müsbət olub, Estroziyə və Fransa Avtomobil Federasiyasının başçısı Nikolya Desşoya “Formula-1” ilə danışıqlar aparmaq səlahiyyəti verib:
“Siz haqlı qeyd edirsiz ki, hər il nəhəng beynəlxalq yarışları keçirən ölkəmiz ümumi iş naminə “Formula-1” ilə əlaqələri bərpa etməyə də qadir olmalıdı. Bu, ölkəmizin cəlbediciliyi, avtomobil sənayesinə təsiri və bu sektorun dekarbonizasiyasını dəstəkləmək naminə innovasiya məsələsidi”.
2022 mövsümündən sonra Le-Kastelle mərhələsi keçirilmir. Bir müddət əvvəl Fransa mərhələsinin Nitsada təşkilinin mümkünlüyü ilə bağlı informasiya yayılmışdı.



