“Real”a yeni mövsümdə lazım olmadı

16.07.2023 23:15 214
Dünya futbolu
Xesus Valyexo “Real”a yeni mövsümdə lazım olmayıb.

“Football-plus.az” xəbər verir ki, Madrid klubu onu növbəti dəfə icarəyə verib. İspaniyalı müdafiəçi gələn mövsüm bu statusla “Qranada”da çıxış edəcək. Ötən mövsüm “Real”da yalnız 1 oyun keçirən Valyexo karyerası ərzində icarə əsasında “Saraqosa”, “Ayntraxt” (Frankfurt), “Vulverhempton” və “Qranada”da oynayıb. 26 yaşlı futbolçu “Real”a 2015-ci ildən məxsusdu.