“Real” gənc oyunçusunu satdı

31.07.2022 22:56 432
Dünya futbolu
“Real” gənc oyunçusu Viktor Çustu satıb.

Football-plus.az
“Marka”ya istinadən xəbər verir ki, mərkəz müdafiəçisi ötən mövsüm icarə əsasında çıxış etdiyi “Kadis”də qalacaq. Bu klub ispaniyalı futbolçunun transfer hüququna yiyələnib. Razılaşmanın şərtləri haqda rəsmi məlumat verilməyib.

Qeyd edək ki, 22 yaşlı Viktor ötən mövsüm “Kadis”də 29 oyun keçirib.