“İnter”ə yeni mövsümdə də lazım olmadı

15.07.2023 22:52 256
Dünya futbolu
Martin Satriano “İnter”ə yeni mövsümdə də lazım olmayıb.

"Football-plus.az" xəbər verir ki, “Brest” hücumçunu növbəti dəfə icarəyə götürüb.

22 yaşlı futbolçu 2021/22 mövsümünün ikinci yarısında çıxış etdiyi və sıralarında Liqa 1-də 4 qol vurduğu Fransa klubuna qayıdıb. Martin yeni mövsümdə Fransada çıxış edəcək.

Qeyd edək ki, uruqvaylı oyunçu ötən mövsümü icarə əsasında “Empoli”də keçirib və A seriyasında 31 oyuna 2 qol vurub.