“Mayami”nin ulduzu Cimmi Batler və müğənni Şakira müntəzəm görüşsələr də, hələ ki hadisələrin axarını tələsdirmək istəmirlər.
“Football-plus.az” xəbər verir ki, 46 yaşlı Şakira ilə 33 yaşlı Batler bu dəfə Londondakı “Novikov Restaurant & Bar”da birgə görüntülənib. Müğənni oranı forvardın mühafizəçilərinin müşayiəti altında tərk edib, Batler isə bir neçə dəqiqə sonra çıxıb. Aradakı 13 yaş fərqi Şakiranı qətiyyən narahat etmir.