Xerard Pike ilə sevgilisi Şakiranın yolları ayrılıb.
“El Periodico” bunun üçün ciddi səbəb olduğunu iddia edib.
İspaniya nəşrinin yaydığı xəbərə görə, “Barselona”nın müdafiəçi sevgilisinə başqa bir qadınla xəyanət edib. 35 yaşlı futbolçu günahsız olduğunu desə də, məşhur müğənni ona inanmayıb. Xerard son vaxtlar 22 yaşlı oyundaşı Rikard Puç ilə birlikdə “Bling Bling” və “Patron” gecə klubuna yollanırmış. Hər iki klubda onu “bir sıra xanımların müşayiət etdiyi” məlum olub. Xerardın ertəsi gün məşqi olsa da, həmin məkanlarda gecə saat 2-3-ə qədər qaldığı da iddia edilir. Baş verənlərdən sonra futbolçu Şakira ilə birgə yaşadığı evi tərk edərək Barselonadakı evinə köçüb. Onun artıq bir neçə həftədi köhnə evində tək yaşadığı bildirilir.
Şakira və Pikenin münasibətləri 2011-ci ildən başlayıb. Onlar rəsmi nikaha girməsələr də, iki oğulları var.