Pike + Şeyk = ?

22.01.2023 14:21 291
Dünya futbolu
“Barselona”nın və İspaniya yığmasının müdafiəçisi Jerar Pike Fransada rusiyalı model İrina Şeyk ilə şəkil çəkdirib.

Onlar MBA-nın Fransa paytaxtında keçirilən “Detroyt” – “Çikaqo” oyununda görüntüləniblər. Sosial şəbəkələrdə yayılan şəkildə Pikenin Şeyki qucaqladığı görünür.

Xatırladaq ki, Pikenin sabiq xanımı, müğənni Şakira yanvarın 12-də ispaniyalı haqda mahnı yazıb. Müğənni yeni kompozisiyada münasibətlərinin pozulmasına da toxunur. Pike – Şakira izdivacı 2010-un yayından 2022-nin iyununa qədər davam edib.