"İnter"dən "Sassuolo"ya

10.08.2022 18:50 330
Dünya futbolu
"İnter"də növbəti ayrılıq baş verəcək.

Football-plus.az xəbər verir ki, Andrea Pinamonti Milan klubunu tərk edəcək. "Neradzurri" futbolçunu 20 milyon avroya satmaq üçün "Sassuolo" ilə anlaşıb.

Pinamonti ötən mövsümü icarə əsasında "Empoli"də keçirib. 23 yaşlı futbolçu A Seriyasında 36 oyunda 13 qol vurub və 2 məhsuldar ötürmə edib.