Aaron Remzi ilə bağlı hələ bir neçə ay əvvəl yayılan xəbər doğrulub.
O, yeni mövsümdə “Yuventus”a lazım olmayacaq. İtaliya klubuna müqavilə ilə gələn ilin yayına qədər bağlı olan uelsli yarımmüdafiəçi ilə əməkdaşlıq vaxtından əvvəl dayandırılıb. 31 yaşlı Remzi Turin klubuna 2019-cu ildə azad agent kimi gəlib. O, son mövsümün ikinci yarısını icarə qaydası ilə “Reyncers”də keçirib.