Görəsən, bununla heyətin komplektləşdirilməsi prosesi başa çatıb? Yoxsa hələ yeni futbolçuların keçidi gözlənilir?
Bu sualı "Səbail"in baş məşqçisi Şahin Diniyevə ünvanladıq. O, "football-plus.az"a açıqlamasında daha bir futbolçu ilə müqavilə bağlayacaqlarını dedi:
"Son bir legioner transferi qalıb ki, onunla da bir-iki günə müqavilə bağlayacağıq. Söhbət mərkəz müdafiəçisi Luan Leyta da Silvadan gedir. Braziliyalının 27 yaşı var. Son mövsümü Bolqarıstan “Lokomotiv”ində keçirib. Daha əvvəl “Spartak”, “Admira Vakker” kimi komandalarda çıxış edib"
KƏNAN BAHADIR




