"Səbail"dən növbəti legioner transferi

21.06.2022 19:02 537
Premyer-liqa
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football -plus.az" paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "dənizçilər" Luvaqa Kizito ilə müqavilə imzalayıb. Uqandalı vingerlə sözləşmənin müddəti 1 ildi.

Qeyd edək ki, afrikalı futbolçu ötən mövsümü İsrailin "Hapoel" (Nof-Ha-Qalil) komandasında keçirib.