Patrik Andrade yenidən "Qarabağ"da - RƏSMİ

15.07.2023 14:02 274
Premyer-liqa
"Qarabağ" klubu daha bir futbolçunun keçidini həll edib.

"Football-plus.az" "köhlən atlar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, ölkə çempionu son olaraq Serbiyanın "Partizan" komandasında çıxış etmiş Patrik Andradeni heyətinə qatıb.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2020 - 2022-ci illərdə də Ağdam təmsilçisinin formasını geyinib.