"Football-plus.az" novosti.rs-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Qarabağ"a keçdiyi ilk vaxtlarda bəzən cinah yarımmüdafiəçisi kimi oynadığını bildirib:
"Qarabağ"a gələndə əvvəllər cinah yarımmüdafiəçisi kimi oynayırdım. Amma buna baxmayaraq, sonda mərkəz yarımmüdafiəçisinə çevrildim. Ötən mövsüm Konfrans Liqasında mövsümün ən yaxşı 5 futbolçusu arasında yer aldım. Mənim ən böyük keyfiyyətim, üstünlüyüm komanda oyunçusu olmağımdı. Hər şey komandanın uğuru üçün olmalıdı".
Qeyd edək ki, Andrade bu ay "Qarabağ"dan ayrılıb. O, iyunun 23-də "Partizan"a azad aget kimi keçib.

