Patrik Andrade ikiillik müqavilə bağlayacaq

11.07.2023 16:50 290
Aktual / Ölkə futbolu
Patrik Andradenin maliyyə və təşkilati problemlər yaşayan “Partizan”dan ayrıldığını, “Qarabağ”ın düşərgəsində dönmək niyyətində olduğunu xəbər vermişdik.

“Football-plus.az” xəbər verir ki, Kabo-Verdedən olan yarımmüdafiəçi artıq Bakıdadı.

Klub rəhbərliyi məlum səbəbdən Cəbəllütariqdə olduğundan transferin rəsmiləşməsi yubanır. Ancaq Patrikin tibbi müayinədən keçəndən sonra Ağdam klubu ilə ikiillik müqaviləyə imza atması zaman məsələsidi. “Qarabağ” vətənə dönüncə bu prosedurlar həyata keçiriləcək.

ORXAN