38 yaşında klubsuz qaldı

13.07.2023 21:30 231
Dünya futbolu
Samir Handanoviç azad agent statusu qazanıb.

“Football-plus.az” xəbər verir ki, 11 ildən sonra “İnter”dən ayrılmalı olub. İtaliya klubunun saytının məlumatına görə, 38 yaşlı qapıçı ilə müddəti sona çatan müqavilə yenilənməyib.

Sloveniyalı futbolçu “İnter”də 2012-ci ildən oynayırdı. O, bu komandada 455 oyuna çıxıb və 166 matçda qapısını toxunulmaz saxlayıb.