Samir Handanoviç bu gedişlə karyerasını “İnter”də başa vuracaq.
37 yaşlı futbolçu İtaliya klubu ilə müqaviləsini növbəti dəfə yeniləyib. Bu barədə gələn həftə rəsmi məlumat yayılacaq. Sloveniyalı qapıçının milanlılarla əvvəlki anlaşmasının müddəti iyunun 30-da sona çatacaqdı.
Handanoviç “İnter”də 2012-ci ildən çıxış edir. O, 2020/21 mövsümündə komanda ilə İtaliya çempionluğunu, son mövsüm isə ölkə kuboku və superkubokunu qazanıb.