37 yaşlı qapıçı ilə müqavilə yenilənəcək

3.05.2022 21:19 583
Dünya futbolu
Samir Handanoviç bu gedişlə futbolçu həyatını “İnter”də başa vuracaq.

37 yaşlı qapıçı ilə müqavilə tezliklə yenilənəcək. Bu xəbəri Nikolo Skira yayıb. İtaliyalı jurnalist soveniyalı futbolçunun “1+1 il” sxemi üzrə anlaşmaya qol çəkəcəyini bildirib.

Handanoviç “İnter”də 2012-ci ildən çıxış edir. O, indiyədək milanlıların qapısını A seriyasının 363 oyununda qoruyub.