Yeni “futbol ili”ndə 2-ci liqada çıxış edəcək "Füzuli" hazırlığı davam etdirir. Komandaya yeni oyunçular cəlb olunmaqla yanaşı, bir neçə yoldaşlıq görüşü də planlaşdırılır.
"Football-plus.az" saytı olaraq daha detallı bilgi almaq üçün Qarabağ təmsilçisinin baş məşqçi Vasif İsmayılovla danışdıq. Onun söylədiklərinə keçid alaq:
"Çempionatla bağlı böyük iddiamız olmasa da, yaxşı çıxış edib, sona qədər döyüşəcəyik. 2-ci liqaya rəng qatan komandalardan olmaq istəyirik. Yeni köməkçim Xəqani Quliyev olacaq. Bundan başqa, Cəsur Hüseynov, Nicat Şəmmədov və Rafət Həniflini transfer etmişik. Amma axtarışlarımız hələ də davam edir. İyulun 16-da Region Liqası təmsilçisi "Lokomotiv"lə yoxalama görüşü nəzərdə tutulub. Ümumilikdə çempionatın startına kimi 5-6 oyun keçirməyi planlaşdırırıq".
ABDULLA İSMAYILOĞLU