Millət vəkili bu klubun problemləri ilə maraqlanıb - AÇIQLAMA

13.07.2023 19:30 622
II liqa / Manşet
Yeni mövsümdən yarıpeşəkar statuslu 2-ci liqada çıxış edəcək "Füzuli"nin baş məşqçisi Vasif İsmayılovla köməkçisi Xəqani Quliyev Vüqar Bayramovla görüşüb.

Millət vəkili ilə görüşdə hansı məsələlər müzakirə olunub? "Football-plus.az" saytı olaraq bu sualı aydınlaşdırmaq üçün Vasif İsmayılova müraciət etdik:

"Vüqar müəllim həmişə yanımızda olub, daim maddi və mənəvi dəstəyini əsirgəməyib. Bu gün də bacardığı köməyi göstərir. Onunla gələcək planlardan danışdıq. Stadion məsələsi, İdarə Heyətinin yaradılması, transferlər, komandaya sponsorların cəlb olunması və sair barədə detallı müzakirə apardıq. Sağ olsun, Vüqar bəy həmişə "Füzuli" ilə maraqlanır".


ABDULLA İSMAYILOĞLU