"Şamaxı-2" də toplanışa start verib. Divizion təmsilçisinin planları maraq doğurmaya bilməz.
"Football-plus.az" saytı olaraq detallı məlumat almaq üçün komandanın baş məşqçisi Zaur İsmayılovla əlaqə saxladıq. Onun dedikləri belə oldu:
"Yanvarın 7-dən bir araya gəlmişik. Toplanışı Bakıda keçiririk. "ASK Arena"da məşq edirik. Hələlik komandadan nə gedən, nə də gələn var. Amma heyətə yeni oyunçular cəlb etməkdə maraqlıyıq. 2-3 futbolçunu izləyirik. Onları baxışa çağıracağıq. Bundan başqa, U-19 komandamızdan da perspektivli gəncləri cəlb etməyi planlaşdırırıq. 4 yoxlama matçı keçirəcəyik. Yanvarın 16-da "Qaradağ Lökbatan", 21-də MOİK , 28-də "Sumqayıt-2" ilə gücümüzü sınayacağıq. 4-cü rəqimizin adına hələ aydınlıq gəlməyib. Əlavə olaraq onu da qeyd edim ki, ola bilsin, 1-2 futbolçumuz əsas komandaya cəlb olundu".
ABDULLA İSMAYILOĞLU