Son günlər transferdə fəallaşan ''Fənərbaxça'' növbəti transferi həyata keçirib.
“Football-plus.az” xəbər verir ki, İstanbul nəhəngi Polşa yığmasının üzvü Sebastyan Şimanskini heyətinə qatıb. 24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. Bu keçid ''Fənər''ə 9,75 milyon avroya başa gəlib! Bu məbləğ Moskva ''Dinamo''suna 4 il ərzində ödəniləcək. Şimanski ilə ''Qalatasaray'' da yaxından maraqlanırdı. Bu futbolçu ''Legiya''nın yetirməsidi və peşəkar karyerasının ilk illərini bu klubda keçirib. 2019-dan etibarən ''Dinamo''nun şərəfini qorumağa başlayıb. Ötən ili icarə əsasında ''Feyenoord''da keçirib. Rotterdamlıların heyətində 40 rəsmi oyunda 10 qol 7 məhsuldar ötürməlik performans sərgiləyərək komandanın ölkə çempionu olmasında mühüm rol oynayıb.