74 yaşında müqavilə müddətini uzatdı

12.07.2023 23:00 189
İdman
“San-Antonio”nun baş məşqçisi və basketbol əməliyyatları üzrə prezidenti Qreqq Popoviç komanda ilə müqavilə müddətini uzadıb.


"Football-plus.az" xəbər verir ki, bu haqda məlumatı klubun rəsmi saytı yayıb. Ancaq 74 yaşlı amerikalı mütəxəssislə müqavilənin şərtləri açıqlanmayıb. ESPN-in xəbərinə görə, Popoviç 80 milyon dollara yaxın qazanacaq.

Popoviç 1996-cı ildən “San-Antonio”ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında MBA-nın beşqat çempionu olub.