Popoviç MBA tarixində ən çox qələbə qazanan məşqçidi!

15.03.2022 13:14 398
İdman
“San-Antonio”nun “Yuta” üzərindəki qələbəsi Qreqq Popoviçin tarixə düşməsini şərtləndirdi.

“Spers”in baş məşqçisi artıq qələbə sayına görə MBA-da hamını qabaqlayır. 1336-cı qələbəsini qazanan 73 yaşlı amerikalı Don Nelsonun 2010-un aprelində müəyyənləşdirdiyi rekordu (1335) arxada qoydu. Beşqat MBA çempionu olan Popoviç 1996-cı ildən bəri indiki komandasının “sükanı arxasındadı”. Ümumiyyətlə, “San-Antonio” onun baş məşqçi kimi çalışdığı yeganə komandadı.

“Leykers”in oyun qurucusu Rassell Uestbruk məhsuldar ötürmələrin sayına görə MBA tarixində 11-ci yerə yüksəldi. “Vaşinqton”la oyunda belə ötürmələrin sayını 8529-a çatdıran 33 yaşlı amerikalı bu göstəricidə Andre Milleri (8524) arxada qoydu. Assist sayında MBA rekordunun müəllifi “Yuta”nın sabiq oyun qurucusu Con Stoktondu (15806).