De Xea fantastik təklifi qəbul edəcək?

11.07.2023 20:51 247
Dünya futbolu
Artıq “Mançester Yunayted”in oyunçusu sayılmayan David De Xea fantastik təklif alıb.


"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu 32 yaşlı ispaniyalı qapıçı ilə müddəti iyunun 30-da başa çatan müqavilənin yeniləməmişdi. 12 ildən sonra mançesterlilərdən ayrılan David “Əl-Nəssr”in hədəfindədi. Səudiyyə Ərəbistanı klubunun ona həftəlik 250 min funt sterlinq məvacibi nəzərdə tutan təklif irəli sürdüyünü jurnalist Alan Nikson xəbər verib.

Qeyd edək ki, De Xea MY-yə 2011-ci ilin yayında “Atletiko”dan transfer olunmuşdu. O, artıq sabiq klubunda 545 oyuna çıxıb və 190 matçda qapısını toxunulmaz saxlayıb.