• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” Rusiyadakı turnirə səssiz başladı, “Hatayspor” 5 aydan sonra ilk oyununu keçirdi

Dünya futbolu

11-07-2023, 13:0

Rusiyada keçirilən və yeni mövsümə hazırlıq statusu daşıyan “PARI Premyer” kuboku davam edir.

"Football-plus.az" xəbər verir ki, şənbə günü Rusiyaya yollanan (və buna görə Kiyev “Dinamo”su, Ukrayna Futbol Assosiasiyası tərəfindən sərt şəkildə tənqid olunan) “Fənərbaxça” bazar günü turnirdə ilk oyununu keçirib.

İstanbul nəhəngi son illərdə Rusiya futbolunda aşkar dominantlıq edən “Zenit”lə qarşılaşıb. Sankt-Peterburq klubu buna qədər bu turnirdə təmsilçimiz “Neftçi”ni (3:1) üstələmiş, Serbiya çempionu “Srvena Zvezda”ya isə (1:2) uduzmuşdu. Oyun həm də İsmayıl Kartalın 3-cü dönəminin debüt matçı olduğuna görə maraq doğururdu. Amma “Fənər” meydana heç də ideal heyətlə çıxmadı.

Yeni transferlərdən Kent ilk dəqiqələrdən şans qazandığı halda Ceko, ümumiyyətlə, meydana çıxmadı. “Qazprom Arena”da keçirilən matçın ilk yarısını meydan sahiblərinin, ikinci hissəsini qonaqların hesabına yazmaq olar. “Fənər”in heyətində qapıçı İrfan Can Eğribayatla dayaq yarımmüdafiəçisi İsmayıl Yüksək özünü yaxşı tərəfdən göstərməyi bacardı. Sona qədər də oyunda qol olmayınca turnirin reqlamentinə əsasən tərəflər birbaşa penaltilər seriyasına keçdi. “Fənər”in heyətində Rossi və İrfan Can Kahveci penaltiləri qola çevirə bilmədi və “Zenit” 4:3 hesabı ilə üstün oldu. “Sarı-lacivərdlilər” turnirdə növbəti oyunu sabah “Srvena Zvezda”ya qarşı keçirəcəklər.

İyulun 4-dən etibarən Sloveniyada toplanış keçən “Trabzonspor” üçün ilk hazırlıq oyunu uğursuz alınıb. Yeni mövsümə Nenad Byelitsanın başçılığı altında hazırlaşan qaradənizlilər Lyublyanada Xorvatiya təmsilçisi “Hayduk”a boyun əyiblər. Xdorvatlar hər iki qolu ilk yarıda vurub. Məğlubiyyət azmış kimi, Trabzon təmsilçisi yeni transfer Xoakin Fernandesi də itirib. İspaniyalı mərkəz müdafiəçisi görüşün əvvəllərində zədələnərək əvəzlənib. O, təxminən 10 gün məşqlərdə iştirak etməyəcək. “Trabzonspor” ikinci oyununu iyulun 15-də Macarıstan təmsilçisi “Fehervar”a qarşı keçirəcək.

Daha bir maraqlı oyun Bursada keçirilib. Bir neçə gün öncə Kocaelidə “Qalatasaray”ı məğlub edən “Hall Siti” bu dəfə “Hatayspor”la qarşılaşıb. Bu, “Hatayspor”un təxminən 5 aylıq fasilədən sonra keçirdiyi ilk oyun oldu. Xatırladaq ki, Volkan Dəmirəlin çalışdırdığı bu kollektiv fevralın 5-də Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra superliqada çıxışını dayandırmışdı. Komanda artıq bəzi transferlər həyata keçirib və gələn mövsüm yenə elitada oynayacaq.

Zəlzələdə dünyasını dəyişmiş Kristian Atsu unudulmadı. Onun forması oyundan öncə alqışlar altında meydanın mərkəzinə qoyuldu. Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi “Hall Siti” 68-ci dəqiqədə hesabı açsa da, qələbəni qoruya bilmədi. “Hatayspor”a bu yay Almaniyadan gəlmiş 19 yaşlı qürbətçi forvard Ünal Durmuşhan komandanı məğlubiyyətdən xilas etdi. Patrik Klyuvertin başılığı altında tarixində ilk dəfə avrokuboklarda oynamağa hazırlaşan “Adana Dəmirspor” isə Moldovanın aşağı liqa təmsilçisini asanlıqla darmadağın edib.

Zenit (Rusiya) – Fənərbaxça 0:0, p. - 4:3
Fənərbaxça: İrfan Can Eğribayat, Sanqare (Osayi-Samuel, 71), Sərdar Əziz (Yiğit Efe Dəmir, 89), Qustavo Enrike (Salai, 72), Oostervolde (Peres, 77), Arao (İrfan Can Kahveci, 62), İsmayıl Yüksək, Mərt Hakan Yandaş (Krespo, 63), Burak Kapacak (Rossi, 63), Kent (Əmrə Dəmir, 83), Sərdar Dursun (Pedro, 71).

Trabzonspor – Hayduk (Xorvatiya) 0:2
Dolçek, 14. Melnyak, 33.
Trabzonspor: Taha Tepe, Sərkan Asan (Əli Şahin Yılmaz, 74), Hüseyin Türkmən (Kərəm Şən, 61), Fernandes (Densvil, 19), Arif Boşluk, Doğucan Haspolat (Salih (Malkoçoğlu, 74), Abdulkadir Ömür (Bartra, 61), Visça (Poyraz Yıldırım, 74), Əmirhan Zaman (Dorukhan Toköz, 74), Orşiç (Əbdürrəhman Bayram, 74), Qomes (Enis Destan, 46).

Hatayspor – Hall Siti (İngiltərə) 1:1
Ünal Drumuşhan, 84 – Jarvis, 68.
Adana Dəmirspor – Sukleya (Moldova) 5:0
P.N`Diaye, 5. Belhanda, 27. Ş.Ndiaye, 34. Qulbrandsen, 50. Əmrə Akbaba, 75.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-07-2023, 16:0

''Fənərbaxça'' Rusiyaya kimləri aparmadı?

Ölkə futbolu / Manşet

28-06-2023, 17:0

"Neftçi" Bakıdan gedir

Dünya futbolu

8-07-2023, 19:0

''Dinamo'' Rusiyaya yollanan ''Fənərbaxça''nı yıxıb-sürüdü!

Ölkə futbolu / Manşet

8-07-2023, 22:0

Serblər "Neftçi"ni darmadağın etdi - YENİLƏNİB

Ölkə futbolu

10-07-2023, 11:0

“Neftçi” və “Zenit” qələbə şansını itirdi, “Fənərbaxça” isə...

Manşet

1-07-2023, 22:0

""Neftçi" "Zenit"ə uduzdu - YENİLƏNİB

Aktual
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
“Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
“Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
“Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
“Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
Son xəbərlər
  • Bu gün, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Bu gün, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Bu gün, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Bu gün, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Bu gün, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Bu gün, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Bu gün, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Bu gün, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Bu gün, 13:17
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Bu gün, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Bu gün, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Bu gün, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Bu gün, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Bu gün, 10:00
    Klubuna sadiq qaldı
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Dünən, 16:12
    Hamını arxada qoydu
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 120
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 94
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə