"Fənərbaxça'' ''Pari Premyer Kuboku''nda iştirak etmək üçün bu gün Rusiyaya yollanıb.
"Football-plus.az" xəbər verir ki, Rusiya çempionu ''Zenit''in təşkil etdiyi bu turnir ötən həftə start götürüb. Yarışda eyni zamanda təmsilçimiz ''Neftçi'' və Serbiya çempionu ''Srvena Zvezda'' da iştirak edir.
''Zenit'' ilk görüşdə ''Neftçi''ni 3:1 hesabı ilə üstələyibsə, ''Srvena Zvezda''ya 1:2 hesabı ilə boyun əyib. Bakılılar bu gün ''Srvena Zvezda'' ilə qarşılaşacaqlar. Sabah ''Fənər'' də mübarizəyə qoşulacaq. İstanbul nəhəngi ilk oyunu ''Zenit''ə qarşı keçirəcək. '
'Sarı-lacivərdlilər'' Rusiyaya 33 futbolçu ilə yollanıblar. Yeni transferlərdən Rayan Kent ilə Edin Ceko da heyətdədi. Komandanın yalnız 2 əsas itkisi var. Söhbət Samet Akaydın ilə Linkoln Enrikedən gedir. Son məşqlərin birində zədələnən Sametin ağrıları davam edir. Linkoln isə uzun müddətdi zədədən bərpa olunur. Braziliyalı futbolçunun martın əvvəllərində ''Sevilya'' ilə ilk oyunda diz bağları qopmuş və o, əməliyyat olunmuşdu. ''Sambaçı'' hələ də məşqlərə başlamayıb. Bundan başqa Mbvana Samatta da heyətdə deyil. Amma tanzaniyalı futbolçu zatən son iki mövsümü icarələrdə keçirib. O, baş məşqçi İsmayıl Kartalın planlarına daxil deyil. Ona başqa klublarla danışıqlar aparmağa icazə verilib. Qeyd edək ki, ''Fənər'' iyulun 12-də ''Srvena Zvezda'', iyulun 15-də ''Neftçi'' ilə qarşılaşacaq.
ƏLİ