Tofiq Musayev və Vüqar Kərəmovun rəqibləri - "Super Rizin2"

10.07.2023 11:13 245
İdman
Azərbaycanın MMA döyüşçüləri Tofiq Musayev və Vüqar Kərəmovun "Super Rizin2" turnirindəki rəqibləri bəlli olub.

"Football-plus.az" yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, 71 kq çəki dərəcəsində çıxış edən Tofiq Musayev yaponiyalı Akira ilə üz-üzə gələcək.

66 kq-dakı Vüqar Kərəmov isə onun həmyerlisi Mikuru Asakura ilə görüşəcək.

Qarşılaşmalar iyulun 30-da Yaponiyadakı "Saitama Super Arena"da baş tutacaq.