Tofiq Həbibin qohumu ilə döyüşmək istəyir

26.11.2022 17:06 318
İdman
Yüngül çəkidə çıxış edən “Bellator” döyüşçüsü, həmvətənimiz Tofiq Musayev promouşenin çempionu, Həbib Nurməhəməmmədovun əmisi oğlu Usmanla döyüşmək arzusundadı:

“Düşünürəm ki, Qran-pridə iştirak edəcəm və ilk döyüşü Usmanla keçirmək istəyirəm. Rəqibim kim olur-olsun, döyüşəcəm. Ancaq mən kəmər uğrunda Usmanla döyüşməyə üstünlük verirəm, ona görə ki, indi bir nömrəli namizədəm”.


Tofiq “Bellator”da keçirdiyi yeganə döyüşdə Sidni Autlonu nokauta salıb.