Tofiq Musayev rəqibini 27 saniyəyə yerə sərdi

23.07.2022 10:00 521
İdman / Manşet
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da debüt edib.

Football-plus.az xəbər verir ki, Vaşinqtonda yüngül çəkidə (70 kq-a qədər) rinqə çıxan idmançının rəqibi ABŞ təmsilçisi Sidney Autlou olub. Tofiq rəqibini ilk raundda 27 saniyəyə nokaut edib.

Qeyd edək ki, hazırda 32 yaşlı döyüşçümüzün hesabında 19 qələbə və 4 məğlubiyyət var.