"Sabah"a qarşı diqqətsizlik - FOTOFAKT

9.07.2023 23:08 851
Manşet
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün ilk yoxlama oyununa çıxıb. Bakı təmsilçisi Qətərin yüksək liqasında çıxış edən “Əl-Sədd” ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

"Football-plus.az" xəbər verir ki, məşhur idman saytı "livescore.com" sözügedən matç haqda yanlış informasiya yayıb.

Belə ki, portal "Əl-Sədd"in Malayziyanın "Sabah" klubu ilə qarşılaşdığını qeyd edib.

"Sabah" rəhbərliyinin faktla bağlı sayt rəhbərliyinə müraciət edəcəyi gözlənilir.

"Sabah"a qarşı diqqətsizlik - FOTOFAKT


KƏNAN BAHADIR