"Sabah" "Sumqayıt"la bacarmadı

9.07.2022 21:44 579
Ölkə futbolu
Bakıda təlim-məşq toplanışını davam etdirən "Sabah" ilk yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Bakı təmsilçisi "Kapital Bank Arena"da "Sumqayıt"la qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

"Sabah" iyulun 14-də isə “Səbail”lə üz-üzə gələcək. Komanda iyulun 17-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.

Yoxlama oyunu

9 iyul

"Sumqayıt" - "Sabah" - 2:1
Araz Abdullayev, İbrahim Əliyev - Camal Cəfərov