“Sabah” Qətərin “Əl-Sədd” komandası ilə qarşılaşacaq

7.07.2023 17:32 252
Ölkə futbolu
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, komanda Qətərin “Əl-Sədd” klubu ilə qarşılaşacaq.

Görüş iyulun 9-u yerli vaxtla saat 17.00-da (Bakı vaxtı ilə saat 19.00-da) “Kematen” stadionunda baş tutacaq.