"Sumqayıt"la müqaviləsi başa çatan Əli Qurbaninin yeni klubu bəlli olub.
"Football-plus.az" saytının məlumatına görə, milli üzvü karyerasına İranda davam edəcək. Belə ki, 32 yaşlı hücumçu "Fulad" keçib. Bu haqda Xuzestan təmsilçisinin mətbuat xidməti yayıb.
Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Əli Qurbani 2020-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. O, başa çatan mövsümdə "kimyaçılar"ın heyətində 27 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.