Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci il üçün dünyanın ən yaxşı bombardirlərinin siyahısını təqdim edib.
"Football-plus.az" qurumun saytına istinadən xəbər verir ki, 67 futbolçunun yer aldığı siyahıda millimizin və "Qarabağ"ın hücumçusu Ramil Şeydayevin adı da var. O, 25 qollla 55-ci pillədə qərarlaşıb. 26 yaşlı futbolçu bu qollardan 18-ni Misli Premyer Liqasında, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.
Qeyd edək ki, siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. O, ötən il 56 qol vurub. Norveç millisinin və "Mançester Siti"nin oyunçusu Erlinq Haaland 46 qolla 2-ci, Malayziyanın "Johor" klubunun braziliyalı futbolçusu Berqson 46 qolla 3-cü olub.