"Araz Naxçıvan" ilk əcnəbi futbolçu transferinə hazırlaşır

8.07.2023 23:50 711
Premyer-liqa / Manşet
Deyəsən, "Araz Naxçıvan"da işlər qaydaya düşür.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-bəyazlar" Bakı toplanışını davam etdirir. Muxtar Respublika təmsilçisi bir yandan da heyətini gücləndirməyə çalışır. Naxçıvanlılar Bosniya və hersoqovinalı qolkiper Semir Bukviçlə danışıq aparır. 32 yaşlı qapıçı hazırda azad agentdi. O, son olaraq ölkəsində "Slobada Tuzla"da oynayıb.

Semir karyerası ərzində "Bosna Visoko", "Olimpik", "Jelezniçar", "Travnik", "Varta Poznan", "Çelik", "Mladost" kimi kollektivlərdə də top qovub.

İLKİN SULTANLI