Ninoslav Aleksiç "Araz-Naxçıvan"da

7.07.2023 10:52 323
İdman
Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.

"Football-plus.az" xəbər verir ki, ölkə çempionunun mövsümlərarası fasilədə ilk transferi serbiyalı oyunçu olub.

Ninoslav Aleksiç qarşıdakı 1 il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Serbiya millisinin də üzvü olan 28 yaşlı forvard son olaraq ölkəsində “Ekonomaç”ın formasını geyinib.