"Milan" 38 yaşlı qapıçı ilə müqaviləni uzadır

20.06.2022 20:55 403
Dünya futbolu
"Milan" qapıçısı Antonio Mirante ilə müqaviləni artırmağa qərar verib.

"Football-plus.az" xəbər verir ki, bu barədə məlumatı jurnalist Nikolo Skira verib. İtaliyalı qolkiper yeni sözləşməyə əsasən növbəti mövsümdə də komandada çıxış edəcək.

Qeyd edək ki, 38 yaşlı kiper 2021-ci ilin oktyabrında "qırmızı-qaralar"a transfer olmuşdu. O, bu müddət ərzində klubla bir oyuna belə çıxmayıb. Antonio daha əvvəl "Roma", "Bolonya", "Parma", "Sampdoriya", "Yuventus" kimi klublarda oynayıb.