“Milan”da yeni müqavilə

11.02.2023 22:56 269
Dünya futbolu
“Milan” Olivye Jiru ilə müqaviləni yeniləyib.

Football-plus.az xəbər verir ki, 36 yaşlı forvard daha bir il komandada çıxış edəcək.

Onun əvvəlki sözləşməsinin müddəti mövsümün sonuna qədər idi.

Fransalı futbolçu bu mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 27 oyunda 10 qol vurub və 6 qolun ötürməsini edib.