37 yaşlı futbolçu ilə müqavilə yeniləndi

31.05.2023 23:15 214
Dünya futbolu
Skott Karsonun yaşı “Mançester Siti” üçün problem olmayıb. İngiltərə klubu təcrübəli futbolçu ilə müqaviləni yeniləyib.


"Football-plus.az" xəbər verir ki, 37 yaşlı qapıçı ilə sözləşmənin müddəti 2024-cü ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Karson MS-də 2021-ci ilin yayından çıxış edir. O, komandanın yalnız iki oyununda iştirak edib.